“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Mahmud Həmzəyev həbs olunmayıb.
Lakin Elmar Salayevin həbs xəbəri doğrudur. Bir müddət əvvəl onunla bağlı Cinayət Məcəlləsinin 178.2. dələduzluq maddəsi ilə cinayət işi açılmışdı. Polkovnikə ölkədən çıxış qadağa olunmuşdu. Lakin Binəqədi məhkəməsi mayın 13-də onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, dünən "Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Mahmud Həmzəyevlə Elmar Salayevin barəsində istintaq müddətinə qədər 3 aylıq həbs qətimkan tədbiri seçildiyi barədə məlumat yaymışdı.
Son xəbərlər
Son Xəbərlər