Həsən Şirinov istefaya göndərildi - Yenilənib

hesen-sirinov-istefaya-gonderildi
Oxunma sayı: 21975

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinov istefaya göndərilib.

“Qafqazinfo”nun azpolitika-ya istinadən məlumatına görə, Həsən Şirinovun istefaya göndərilməsinin səbəbi yaş məhdudiyyəti ilə bağlı olub.

Həsən Şirinov 1980-ci ildən daxili işlər orqanlarında çalışıb. Müxtəlif illərdə Nəsimi, Xətai və Xanlar rayon yol polisi bölmələrinin rəisi, Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polis İdarəsinin rəisi, Azərbaycan Respublikası DİN BDYPİ-nin rəis müavini vəzifələrində çalışıb.

1994-cü ildən 2010-cu ilə qədər isə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəisi vəzifəsində işləyib.

***

Unikal.org-a danışan Həsən Şirinov haqqında yayılan xəbərə münasibət bildirib:

“Bütün bu xəbərlər yalandır. Hazırda işimin başındayam. Bu xəbər qərəzli şəkildə mətbuata buraxılıb. Tamamilə yanlış informasiyadır”.