Hikmət Hacıyev Fələstin səfirini qəbul etdi - Foto

hikmet-haciyev-felestin-sefirini-qebul-etdi
Oxunma sayı: 1731

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fələstinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nasser Abdul Kərimi qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fələstin Səfirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

Səfir Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar göstərilən səmimi qəbula görə H. Hacıyevə öz təşəkkürünü bildirib.

Görüş zamanı, həmçinin iki dost ölkə, Fələstin və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və gələcək perspektivlər barədə geniş fikir mübadiləsi aparılıb.