Hüseyn kənddə onu tanımayan ailəni belə sevindirdi - Video

huseyn-kendde-onu-tanimayan-aileni-bele-sevindirdi
Oxunma sayı: 9031

Bloqer Hüseyn Həsənov həmkarı Aydanla İsmayıllı rayonunun Lahıc qəsəbəsinə yollanıb.

“Qafqazinfo” xəbər verir ki, ikili onları tanımayan bir ailənin qonağı olub.

İki gün onların evində yaşayan Hüseyn izləyicilərini kənd həyatı ilə tanış edib.

Ailənin qonaqpərvərliyinə heyran olan Həsənov sonda ağbirçəyə külli miqdarda pul və əlaqə nömrəsini verib.

“Əgər ətrafdakı insanları sevindirə bilmirəmsə, mənə pul lazım deyil. Məndə dünyanın ən bahalı avtomobillərindən biridir. Məgər xoşbəxtlik bundadır? Onlar qarajdadır və toz basırlar. Moskvada ən bahalı mənzillərdən biri mənimdir. Məgər xoşbəxtlik bundadır? Mən daim səyahət edirəm və orada nadir hallarda oluram. Mənim ən bahalı saatlardan ibarət kolleksiyam var. Məgər xoşbəxtlik bundadır? Mən yalnız birini taxıram. Məndə ən bahalı qarderoblardan biridir. Məgər xoşbəxtlik bundadır? Mən eyni şeyi geyinirəm. Xoşbəxtlik ətrafdakı insanları xoşbəxt etməkdədir. Sizi sevirəm”, - Hüseyn sonda yazıb.