İbrahima Vadji “Turan Tovuz”la müqavilə imzaladı

ibrahima-vadji-turan-tovuzla-muqavile-imzaladi
Oxunma sayı: 1532

“Qarabağ”ın sabiq futbolçusu İbrahima Vadji yenidən Azərbaycanda oynayacaq.

“Qafqazinfo” xəbər verir Ki, o, “Turan Tovuz”la müqavilə imzalayıb.

Bu barədə klubun rəsmi səhifəsi paylaşıb edib.

Son olaraq Fransa təmsilçisi "Sent-Etyen"də çıxış edən hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə “Qaziantep BB”, Norveçdə “Molde” və “Hauqesund” formasını geyinib.