“İçərişəhər” Qoruğunda yeni təyinat

iceriseher-qorugunda-yeni-teyinat
Oxunma sayı: 2855

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinə yeni üzv təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, bu posta 2025-ci ilin aprel ayından İdarənin aparat rəhbəri vəzifəsində çalışan Fuad Xəlilov gətirilib.

Qeyd edək ki, F.Xəlilov əmək fəaliyyətinə ölkənin aparıcı banklarında başlayıb, 17 il ərzində maliyyə sektorunda müxtəlif rəhbər vəzifələrdə işləyib.