İcra başçısının maşını 180 sürətlə hərəkətdə - Video

icra-bascisinin-masini-180-suretle-hereketde
Oxunma sayı: 11314

Mingəçevir şəhər icra başçısının xidməti avtomobolinin sürət həddini aşması ilə bağlı video yayılıb.

"Qafqazinfo" AzNews.az-a istinadən xəbər verir ki, 22 yanvar tarixində çəkilmiş videodan görünür ki, icra başçısının avtomobili yol hərəkəti haqqında qanunlara məhəl qoymur. O, sürət həddi 90 km/saat olan yerdə saatda 180 km sürətlə hərəkət edir.

Videonu isə digər maşında olan şəxslər çəkiblər.

Maşını idarə edən və bu videonu çəkən şəxsə 250 manat və 4 cərimə balı yazıla bilər.

Videonu reportyor.tv yayıb.