İlham Əliyev azərbaycanlı biznesmenlə görüşdü - Foto

ilham-eliyev-azerbaycanli-biznesmenle-gorusdu
Oxunma sayı: 9531

Prezident İlham Əliyev yanvarın 20-də Davosda Rusiyanın “Lukoıl” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

“Qafqazinfo”nun məlumatına görə, görüşdə qeyd olunub ki, “Lukoıl” şirkəti iyirmi ildən artıqdır Azərbaycanda uğurla fəaliyyət göstərir və etibarlı tərəfdaşdır. “Lukoıl” şirkəti uğurla icra edilən “Şahdəniz” layihəsinin iştirakçısıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Lukoıl” arasındakı əməkdaşlıq artıq yeni sahələri əhatə edir.

Söhbət zamanı Azərbaycan ilə “Lukoıl” şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub.