İlham Əliyevdən Dövlət Gömrük Komitəsinin sədr müavini postuna - Təyinat

ilham-eliyevden-dovlet-gomruk-komitesinin-sedr-muavini-postuna
Oxunma sayı: 16974

Prezident İlham Əliyev Bəhruz Quliyevi Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Haqqin.az məlumat yayıb. B.Quliyev DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyevin yerinə təyin olunub. 

Qeyd edək ki, Bəhruz Quliyev 2022-ci ilə qədər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb.

O, Dövlət Gömrük Komitəsinin sabiq rəisi Səfər Mehdiyevin əmri ilə tutduğu vəzifədən uzaqlaşdırılıb.