Son Türkiyə çempionu “Qalatasaray” yeni transferi İlkay Gündoğanı İstanbula gətirib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı İstanbul təmsilçisi rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.
“Mançester Siti”dən transfer ediləcək futbolçu ilə 2 illik sözləşmə imzalanması gözlənilir.
***
Klub transferi rəsmən açıqlayıb.
Tərəflər arasında iki illik sözləşmə imzalanıb.
Keçid İstanbul təmsilçisinə pulsuz başa gəlib. İ.Gündoğan illik 4.5 milyon avro maaş alacaq.

Son xəbərlər
Son Xəbərlər