İmişlidə xalça üzərində rəsm əsərləri nümayiş edilib - Fotolar

imislide-xalca-uzerinde-resm-eserleri-numayis-edilib
Oxunma sayı: 981

Dekabrın 14-də “Heydər Əliyev İli” çərçivəsində İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyi tərəfindən ulu öndər Heydər Əliyevə məxsus müxtəlif zamanlarda çəkilmiş xüsusi fotoşəkillərin xalça üzərində toxunmuş sərgisi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, sərgidə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə İmişli rayonunun Heydər Əliyev Mərkəzinin foyesindəki sərgiyə baxış keçirilib. Sərgiyə baxıldıqdan sonra çıxış edən icra başçısı ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşdığını, mədəniyyət və incəsənət xadimlərinin yaradıcı axtarışlarına daim dəstək verdiyini qeyd edib.

“Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunan sərginin əhəmiyyətindən söz açıb, gənclərin asudə vaxtlarının səmərəli təşkilində və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında bu cür sərgilərin böyük əhəmiyyətinin olduğunu bildirib. Xalçalar üzərində toxunmuş əl işləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.