İmişli şəhərində daha 5 küçədə yenidənqurma işləri yekunlaşdı - Fotolar

imisli-seherinde-daha-5-kucede-yenidenqurma-isleri-yekunlasdi
Oxunma sayı: 447

İmişli şəhəri ərazisində daha bir neçə avtomobil yolunun tikintisi başa çatdırılıb.

“Qafqazinfo” xəbər verir ki, Həzi Aslanov, Lətif Vəliyev, Rövşən Əbilov, Fəxri Şahbazov və Rafiq Əliyev küçələrində aparılan əsaslı təmir işləri çərçivəsində yol infrastrukturu tam yenilənib, uzun müddət əsaslı təmir olunmayan avtomobil yolları müasir standartlara uyğun şəkildə bərpa edilib.

Yenidənqurma işləri zamanı ilkin olaraq torpaq və çınqıl örtüklü yeni yol yatağı formalaşdırılıb, növbəti mərhələdə həmin yol üzrə müasir standartlara cavab verən asfalt örtüyü döşənib. Bütün işlər müəyyən edilmiş qrafikə uyğun, texnoloji ardıcıllıq gözlənilməklə və yüksək keyfiyyətlə icra olunub. Beləliklə, avtomobil yolunun yenidən qurulması yol boyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırıb və avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq təmin edilib.

Qeyd edək ki, 2025-ci ildə İmişli şəhəri ərazisində ümumilikdə 4.5 km avtomobil yoluna 24 000 kv.metrə yaxın asfalt örtüyü qoyulub.