“İndi Amerikanın qızıl dövrü başlayır...” - Tramp

indi-amerikanin-qizil-dovru-baslayir
Oxunma sayı: 2370

“İndi Amerikanın qızıl dövrü başlayır. Ölkə çiçəklənəcək və bütün dünyada hörmət qazanacaq”.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ-nin 47-ci prezidenti kimi and içərək vəzifəsinin icrasına başlayan Donald Tramp dövlət başçısı kimi ilk çıxışında deyib.

O, ölkənin təhlükəsizliyini gücləndirəcəyini bildirib.

“Bundan sonra özümüzdən istifadə olunmasına imkan verməyəcəyik”, - ABŞ lideri qeyd edib.

Tramp bildirib ki, o, 47-ci prezident kimi milli uğurun həyəcanverici yeni dövrünün başlanğıcında olduqlarına inanaraq nikbinliklə qayıdır:

“Bizim suverenliyimiz bərpa olunacaq. Prioritet azad, firavan xalq yaratmaq olacaq. Amerika tezliklə daha böyük, daha güclü olacaq”.