“İnsanlara yox, divara vururdu”

insanlara-yox-divara-vururdu
Oxunma sayı: 13065

Rusiyada yaşayan azərbaycanlı videobloqer Hüseyn Həsənov, bu gün Bakıda fanatları ilə görüşdə səhnədə yer alan şəxsin insanları qayışla vurması barədə yayılan videoya münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə özünün İnstaqram hesabında paylaşım edib.

Həmin şəxslə görüşdüyünü bildirən bloqer, deyib: 

“O insanlara yox, divara vururdu. Divara vururdu ki, insanlar əlin çəksin. Çünki orada bir qız huşunu itirmişdi, onu çıxarmağa çalışırdı. Videoda insanları vurduğu görünə bilər. Amma bu, onun nəyinə lazımdır?”.

Bloqer storisində həmin şəxsin fotosunu da paylaşıb.