“Instagram”ın işində problem yaranıb

instagramin-isinde-problem-yaranib
Oxunma sayı: 885

Dünyanın bir sıra ölkələrində “Instagram” sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidməti bildirir.

Sosial şəbəkənin işindəki nasazlıqlardan ən çox ABŞ, Polşa, Böyük Britaniya, Almaniya və Kanadadan olan istifadəçilər şikayət edirlər.

Xidmətin məlumatına görə, şikayətlərin əksəriyyəti (45%) sosial şəbəkənin saytındakı problemlərlə, 40%-i xəbər lenti ilə bağlıdır, daha 14% istifadəçi hekayələrə baxmaqda çətinlik çəkir.