İran parlamentinin müvafiq komitəsi Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığın dayandırılması planını təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Tasnim” məlumat yayıb.
Qeyd edək ki, iyunun 23-də parlamentin spikeri Məhəmməd Bağer Qalibaf İran parlamentinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin siyasiləşmiş mövqeyinə görə əməkdaşlığı dayandıran qanun layihəsini qəbul etməyə hazırlaşdığını bildirib.