“İŞİD”in liderləri ələ keçirildi

isidin-liderleri-ele-kecirildi
Oxunma sayı: 2019

“İŞİD” terror təşkilatının iki başçısı ələ keçirilib.

“Qafqazinfo” “Sky News Arabia” telekanalına istinadən xəbər verir ki, terrorçular ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası tərəfindən Suriyanın şərqində saxlanılıb.

Məlumatda deyilir ki, əməliyyat zamanı 8 vertolyotdan istifadə olunub. Koalisiya nümayəndələri döyüşçülərin sığınacağının yerləşdiyi evi mühasirəyə alıb.

Aparılan danışıqlar bir nəticə vermədikdə, evin üzərinə bir neçə bomba atılıb, nəticədə, 3 nəfər həlak olub. Bu şəxslərin də, həmçinin “İŞİD” üzvü olduğu güman edilir.