İspaniya dəhşətli istilərin cəngində - 1060 ölüm - Fotolar

ispaniya-dehsetli-istilerin-cenginde
Oxunma sayı: 4868

İspaniyada iyul ayında həddindən artıq istilər 1060 nəfərin ölümünə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İspaniya Səhiyyə Nazirliyi Gündəlik Ölüm İzləmə Sisteminin (MoMo) göstəricilərinə əsasən məlumat yayıb.

Nazirliyin açıqlamasında “İyul ayında yüksək temperaturdan 1060 ölüm hadisəsi baş verib. Bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 57 faiz çoxdur. İstilər ölümcüldür və sağlamlıq üçün ciddi risklər yaradır”, - qeyd olunub.

Məlumata görə, həddindən artıq istidən dünyasını dəyişənlərin böyük əksəriyyəti xroniki və patoloji vəziyyəti olan xəstələr və qocalar olub.