İstilik sobasında partlayış olub - Xəsarət alan var

istilik-sobasinda-partlayis-olub
Oxunma sayı: 1679

Ağdaş şəhərində bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Türyançay qəsəbəsində olub.

Belə ki, fərdi yaşayış evində İran sobasında partlayış olub. Nəticədə 1983-cü il təvəllüdlü Məmmədov Əşrəf Firidun oğlu bütün bədənin termiki yanıq diaqnozu ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Mübariz Muradov