“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, martın 16-da saat 19:30 radələrində Bakı sakini 1987-ci il təvəllüdlü Təranə Hacıyeva həkim işlədiyi Biləcəri qəsəbəsi A.Zeynallı küçəsində yerləşən 2 saylı Poliklinikadan özünə məxsus "Mercedes" markalı 10 DL 044 nömrəli avtomobillə çıxaraq naməlum istiqamətdə hərəkət edib. Avtomobil martın 17-də saat 17:30 radələrində Xətai rayonu, M.Mehdizadə küçəsində saz vəziyyətdə tapılsa da, xanım sürücüdən isə hələ də xəbər yoxdur.
Xətai RPİ 37-ci Polis Bölməsindən həkimin yoxa çıxması ilə bağlı məlumatı “Qafqazinfo”ya təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı İstintaq Şöbəsində araşdırma aparılır.
Poliklinikadan “Qafqazinfo”ya bildirib ki, həkim 2 həftədir işə çıxmır. Harda olması barədə məlumat yoxdur.
***
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Qalib Rəhimov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, itkin düşən həkim tapılıb:
“Araşdırmalar zamanı müəyyən olunub ki, Təranə Hacıyeva özü avtomobilini həmin ərazidə saxlayaraq tanışı ilə istirahətə gedib. Lakin bu barədə hansısa texniki problemə görə öncədən ailəsinə məlumat verə bilməməsi valideynlərini narahat edib. Buna görə də polisə müraciət ediblər. Bakıdan kənarda olan T.Hacıyeva sonradan ailəsi ilə əlaqə saxlayıb. Həkim hazırda sağ-salamatdır, istirahətdə olduğu müddətdə isə telefonu bağlı olub.”.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər