İtkin düşən tələbə qız tapıldı - Yenilənib

itkin-dusen-telebe-qiz-tapildi
Oxunma sayı: 41051

Abşeronda itkin düşən gənc qız axtarılır.

“Qafqazinfo”nun məlumatına görə, Xırdalanda yerləşən Bakı Mühəndislik Universitetinin tələbəsi Binnətova Lamiyə Nizami qızı aprelin 1-i ali təhsil ocağından çıxıb və naməlum istiqamətdə gedərək itkin düşüb.

21 yaşlı Lamiyəni görənlərdən Daxili İşlər Nazirliyinin “102” xidmətinə və ya Abşeron polisinə məlumat vermələri xahiş olunur.

***

Bakı Mühəndislik Universiteti (BMU) itkin düşən tələbənin aprelin 1-dən dərslərdə iştirak etmədiyini açıqlayıb. BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev “Qafqazinfo”ya bildirib ki, həmin gün Memarlıq və İnşaat fakültəsinin 3-cü kurs tələbəsi olan Lamiyə Binnətova saat 16:50-də müəllimindən icazə alaraq dərsdən çıxıb: “Tələbə dərsdən çıxdıqdan sonra universitet ərazisini tərk edib və geri qayıtmayıb. Bununla bağlı onun valideynlərinə və aidiyyəti üzrə polisə məlumat verilib. Əlavə olaraq qeyd edə bilərəm ki, L.Binnətova universitetin nümunəvi tələbələrindəndir, davamiyyəti və qiymətləri yaxşı olub”. 

***

Modern.az xəbər verir ki, Lamiyə Binnətova tapılıb.

Qızın yaxınlarının bildirdiyinə görə, tələbə qız aprelin 1-də evdən çıxaraq sevdiyi oğlanla birgə gedib. Onun bu gün Masallı rayonunda aşkar edildiyi deyilir:

“Lamiyənin əvvəldən sevdiyi oğlan olub. Ailəsinin də bundan məlumatı var idi, amma qızın anası münasibətlərinə qarşı çıxırdı. Bu səbəbdən Lamiyə sevdiyi oğlanla gedib. Hazırda onların Masallı rayonunda olduğu deyilir. Ailə Lamiyə və onun sevdiyi oğlanın münasibətini qəbul etmir”.

Lamiyə Binnətova tapıldıqdan sonra anası axtarış müraciətini geri çəkib.

Həmçinin oxuyun: XDMX-nin kapitanı 100 minlik dələduzluqda ittiham olunur

Arvadının başını çəkiclə deşən kişi - “Paltarlarımı yumurdu”