İtkin şəhidimiz dəfn olundu - Fotolar - Yenilənib

itkin-sehidimiz-defn-olundu
Oxunma sayı: 3358

Birinci Qarabağ müharibəsində itkin düşmüş Sumbat Əliyevin nəşinin qalıqları doğulduğu Füzuli rayonundakı evə gətirilib.

“Qafqazinfo” xəbər verir ki, şəhidin nəşinin qalıqları ailəsinə təhvil verilib.

Vida mərasimində şəhidin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid doğulduğu Aşağı Kürdmahmudlu kənd məzarlığında torpağa tapşırılacaq.

***

Sumbat Əliyev Aşağı Kürdmahmudlu kənd məzarlığında dəfn olunub.

Ziya Əmirxanlı