İTV-də hadisə, işçi yıxıldı - Yenilənib

itv-de-hadise-isci-yixildi
Oxunma sayı: 6371

Bakıda İctimai Televiziyanın binasında xoşagəlməz hadisə baş verib.

“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, televiziyanın əməkdaşı binanın 6-cı mərtəbəsindən yıxılıb. Rasim adlı əməkdaş 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisənin intihar olduğu, yaxud ehtiyatsızlıqdan baş verdiyi hələ ki, məlum deyil.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İTV-nin texniki əməkdaşı, 1994-cü il təvəllüdlü Bayramov Rasim Eldar oğlu binada təmir işləri görərkən ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.