Kamran Həsənliyə cinayət işi açıldı - 80 min pul “atıb”+Yenilənib

kamran-hesenliye-cinayet-isi-acildi
Oxunma sayı: 15325

Şoumen Kamran Həsənliyə dələduzluq maddəsi ilə cinayət işi açılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə hüquqşünas Ruslan Əhmədoğlu Axşam.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, K.Həsənli müğənni Samir Piriyevin külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və iş üzrə istintaqın davam etdirilməsi Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.

***

Kamran Həsənli "Qafqazinfo"ya açıqlamasında yayılan xəbəri təkzib edib:

"Yayılan məlumatlar yalandır. Ruslan Əhmədoğlu kimdir? O adam ağ yalan danışır. Bununla bağlı geniş şəkildə yaxın zamanda açıqlama verəcəyəm".

***

Big.az-a danışan Samir Piriyev xəbəri təsdiq edib: "Bəli, Kamran Həsənli mənə 80 min dollar pul "atıb". Aldanmışam, min dəfə ondan pulumu istəmişəm, qaytarmayıb. İndi də hüquq mühafizə orqanlarına müraciət etmişəm. Birgə iş quracaqdıq, amma alınmadı və nəticə də belə oldu. Bu məsələ ilə hüquqşünas məşğul olur. Ayıb olsun sadəcə...".