Keçmiş əri Polinanı məhkəməyə verdi

kecmis-eri-polinani-mehkemeye-verdi
Oxunma sayı: 2354

6 illik evlilikdən sonra ötən ilin sonunda boşanan Rusiyanın məşhur müğənnisi Polina Qaqarina və fotoqraf Dmitri İshakov məhkəməlik olublar.

“Qafqazinfo” “StarHit”ə istinadən xəbər verir ki, bu günlərdə D. İshakov keçmiş həyat yoldaşını məhkəməyə verib. Hazırda iş hakimlər arasında texniki bölüşdürmə prosesindədir.

“İddiada D.İ. İshakovun uşaqlarla ünsiyyət qaydasının qurulmasından söhbət gedir” – Moskvanın Tver rayon məhkəməsindən “StarHit”ə bildiriblər.

Boşanmadan sonra Dmitri Polina ilə münasibətlərinin mürəkkəb olduğunu etiraf etmişdi. Belə ki, onlar yalnız dörd yaşlı qızları Miya ilə bağlı məsələlərdə əlaqə saxlayırlar.

“StarHit"in məlumatına görə, məhkəmədə Dmitri yalnız varisi ilə görüşlərlə deyil, həm də Qaqarinanın ilk nikahdan dünyaya gətirdiyi 13 yaşlı oğlu Andreylə bağlı məsələləri həll etmək niyyətindədir.

Fotoqraf həmişə Andreyi doğması kimi tərbiyə edib, lakin son zamanlar onların ünsiyyəti heçə enib - kişi bunu oğlan uşağının keçid yaşı ilə bağlayır. “Andreyin 13 yaşı var, o, məndən uzaqlaşıb. Amma bu normaldır”, - deyə İshakov bildirmişdi.