Kirkorovun daha bir ölkəyə girişi qadağan olundu

kirkorovun-daha-bir-olkeye-girisi-qadagan-olundu
Oxunma sayı: 2441

Rusiyanın Xalq artisti Filipp Kirkorov və müğənni Polina Qaqarinanın Estoniyaya girişi beş il müddətinə qadağan olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Estoniya DİN-in Mətbuat xidməti məlumat yayıb.

Qadağa artistlərin Rusiyanın Ukraynada apardığı müharibəni dəstəkləmələri səbəbindən tətbiq edilib.

Qərar 2027-ci il aprelin 22-dək qüvvədə olacaq.

Qeyd edək ki, F. Kirkorovun mayın 27-də, P. Qaqarinanın isə sentyabrın 23-də Estoniyada konserti baş tutmalı idi.

F. Kirkorovun Litvaya girişi ötən il yanvarın 19-dan, Ukrayna isə ötən ilin yayından qadağan olunub.

Polina Qaqarina