2020-ci il yanvarın 22-dən etibarən “Buta Airways”in Kiyev istiqamətindəki reysləri “Borispol” hava limanına həyata keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, 27 martadək qüvvədə olan 2019/2020-ci il qış uçuş cədvəli çərçivəsində “Buta Airways”in Bakı-Kiyev-Bakı marşrutu üzrə aviareysləri həftədə üç dəfə − çərşənbə axşamı, çərşənbə və cümə günləri həyata keçirilir. 2020-ci ilin yay uçuş cədvəli çərçivəsində də reyslərin eyni qrafikə əsasən davam etdirilməsi planlaşdırılır.
“Borispol” beynəlxalq aeroportu Ukraynanın ən böyük hava limanıdır və Kiyevdən 29 km cənub-şərqdə yerləşir. Ukrayna və xarici daşıyıcıların böyük hissəsi reysləri “Borispol” aeroportuna həyata keçirir, bu da öz növbəsində “Buta Airways”in sərnişinlərinə daha rahat birləşmələr planlaşdırmağa imkan verəcək.
Biletləri artıq əldə etmiş sərnişinlər aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.
Qeyd edək ki, daha öncə reyslər “Julyanı” aeroportuna həyata keçirilirdi.
Son xəbərlər
Son Xəbərlər