Kraliça sığınacaqdan it sahibləndi

kralica-siginacaqdan-it-sahiblendi
Oxunma sayı: 1376

Böyük Britaniya kraliçası Kamilla sığınacaqdan it sahiblənib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, kraliça fevralın 24-də muzeyə səfəri zamanı yeni ev heyvanı haqqında danışıb.

Kraliça orada iti olan bir qadınla söhbət edib.

“Mənim də bir itim var, o, cəmi iki aylıqdır. Sığınacaqdan götürülmüş itdir. Onun adı Molidir, çünki o, köstəbəkə oxşayır”, - kraliça deyib.

Qeyd edək ki, kraliça Kamillanın Bet adlı iti var idi, lakin o, 2024-cü ilin noyabrında vəfat etdi. Bundan sonra kraliça dəfələrlə yeni bir ev heyvanı sahiblənmək istədiyini bildirmişdi.