Küçədə qadını bıçaqlayan şəxs əri imiş - Rəsmi

kucede-qadini-bicaqlayan-sexs-eri-imis
Oxunma sayı: 7738

Bakıda küçədə arvadını bıçaqlayaraq daha sonra maşınla hadisə yerindən qaçan şəxs barəsində cinayət işi başlanılıb.

Yasamal Rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, avqustun 30-u 1997-ci il təvəllüdlü Nuridə Əhmədovanın xəsarətlər alması barədə prokurorluğa məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Araz İsazadənin küçədə bıçaqla çoxsaylı xəsarətlər yetirərək N.Əhmədovanı qəsdən öldürməyə cəhd edib hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Araz İsazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq davam edir.

Həmçinin oxuyun: “Выйди из машины, поговорим” - Инцидент между полицией и водителем