Kürdə batan var

kurde-batan-var
Oxunma sayı: 1745

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Yevlax şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə “Qafqazinfo”ya Nazirlikdən bildirilib.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, batan şəxs Bərdə rayon sakini Sənan Əliyevdir.