Kürdə su azaldı, küp qəbirlər aşkarlandı - Foto

kurde-su-azaldi-kup-qebirler-askarlandi
Oxunma sayı: 7636

Neftçala rayonunun Aşağı Surra, Balaca Surra, Pirəbbə, Cəngən kəndləri ərazisində Kür çayının səviyyəsinin enməsi nəticəsində çayın en kəsiyində küp qəbirlər aşkarlanıb.

Bu barədə AMEA-dan “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir. Qeyd olunur ki, yeni aşkarlanan abidələrdə tədqiqat işləri aparmaq üçün AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu sektorunun əməkdaşları rayona ezam olunublar.

Hazırda araşdırmalar davam etdirilir.