Laçında şəhid olan Anarın - Fotosu

lacinda-sehid-olan-anarin
Oxunma sayı: 9246

Xəbər verdiyimiz kimi, bu gün Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulması nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

“Qafqazinfo” şəhidimizin fotosunu təqdim edir:

Qeyd edək ki, Anar Kazımov 2004-cü ilin fevralın 16-da Şəmkir rayonunun Qaracəmirli kəndində doğulub.

O, bu ilin aprel ayında Şəmkir Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.

Şəhid A.Kazımovdan başqa ailənin iki övladı var.