“Logistika mərkəzi və yükdaşıma Alyansı” yaradılıb - Fotolar

logistika-merkezi-ve-yukdasima-alyansi-yaradilib
Oxunma sayı: 3366

“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı”ASC-nin baş direktoru Rəşad Daşdəmirov Özbəkistan Respublikasında işgüzar səfərdə olub.

“Qafqazinfo” xəbər verir ki, Türk Dövlətləri Təşkilatının (TDT) baş katibliyinin təşkilatçılığı ilə  28-29 iyunda Özbəkistan Respublikasının Daşkənd şəhərində yeni “Logistika mərkəzi və yükdaşıma Alyansı”nın yaradılması tədbiri keçirilib.

Limanın nümayəndə heyəti, Özbəkistan Respublikasının dövlət və özəl sektorun, həmçinin Türk Dövlətləri Təşkilatı ölkələrinin 29 şirkətinin  nümayəndələri iştirak edib. 

Alyansın fəaliyyət göstərilməsi məqsədi ilə növbəti iclasın Azərbaycan Respublikasında təşkil olunması planlaşdırılıb.