Lukaşenkonun Estoniyaya girişi qadağan olundu

lukasenkonun-estoniyaya-girisi-qadagan-olundu
Oxunma sayı: 1045

Estoniya hökuməti Belarus Prezidenti Aleksandr Lukaşenkonun, o cümlədən 273 vətəndaşının ölkəyə girişinə müddətsiz qadağa qoyulması barədə qərar qəbul edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Sanksiyaların tətbiqindən təxminən 5 il keçsə də, Belarusda müsbət dəyişikliklər baş verməyib”, - Estoniya XİN rəhbəri Marqus Tsaxkna bildirib.

Qadağa siyahısına Lukaşenkodan başqa, ölkənin yüksəkrütbəli məmurları, hakimləri və təhlükəsizlik işçiləri də daxildir.

Qeyd edək ki, rəsmi Tallin 2020-ci ildə Minskə qarşı sanksiyalar tətbiq edib.