Makron villasını satır - Foto

makron-villasini-satir
Oxunma sayı: 2370

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Pa-de-Kale bölgəsindəki villalarını satır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Figaro” nəşri məlumat yayıb.

Bəzi daşınmaz əmlak agentləri deyirlər ki, villanın yerləşdiyi Le-Tuke şəhərində hər kəs bu satışdan xəbərdardır.

Nəşr qeyd edib ki, bu ev Bricitin atasına məxsus olub və sonradan ona miras qalıb.

Bundan başqa “Figaro”  yazır ki, 2011-ci ildə Fransa lideri binanın təmiri üçün 15 illik 350 min avro kredit götürüb.