Marina Durunda finalda! - Yenilənib

marina-durunda-finalda
Oxunma sayı: 9281

Bu gün Rio-2016-da bədii gimnastika yarışlarına start veriləcək. “Qafqazinfo” xəbər verir ki, Azərbaycanı bu yarışlarda Marina Durunda təmsil edəcək.

Debüt edəcək idmançımız çoxnövçülük yarışlarında mübarizə aparacaq. O, ilk olaraq təsnifat yarışlarında mübarizə aparacaq.

Yarışlar 17:20-də başlayacaq. Gimnastika yarışlarının finalı sabah baş tutacaq.

***

Durunda yarışa həlqə ilə hərəkətlə başlayıb. Xalçaya 3-cü çıxan gimnastımız hakimlərdən 17,466 xal alıb. O, ikinci hərəkətində topla bacarığını nümayış etdirib. Marinanın bu çıxışı da eyni xalla qiymətləndirilib.

Qeyd edək ki, 8 nəfərin iştirakı ilə olacaq final mərhələsi isə sabah olacaq.

***

Marina Durunda təsnifat mərhələsini 8-ci yerdə tamamlayıb final mərhələsinə vəsiqə qazanır.

***