Mariya Stadnik finalda uduzaraq gümüş medal qazanıb - Yenilənib

mariya-stadnik-finalda-uduzaraq-gumus-medal-qazanib
Oxunma sayı: 27691

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

Qafqazinfo” xəbər verir ki, yarışda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız səkkizdəbir finalda argentinalı Patrisia Alexandra Bermudez ilə qarşılaşıb.

Rəqibini təmiz qələbə ilə (10:0) məğlub edən güləşçimiz dörddəbir finala adlayıb.

***

Mariya Stadnik XXXI Yay Olimpiya Oyunlarında ikinci qələbəsini qazanıb. Polşa təmsilçisi İvona Matkovskaya qalib gələn güləşçimiz yarımfinala yüksəlib.

***

Mariya Stadnik yarımfinal mərhələsində bolqarıstanlı Elitsa Yankova üzərində təmiz qələbə qazanaraq (6:0) XXXI Yay Olimpiya Oyunlarının finalına yüksəlib. Bununla da idmançımız özü üçün ən azı gümüş medalı təmin edib. 

***

Stadnik finalda yaponiyalı dünya çempionu Eri Tosaka ilə üz-üzə gələcək.

***

 Mariya Stadnik finalda uduzaraq gümüş medal qazanır.