Maşın vuran 42 yaşlı qadın ağır xəsarət aldı

masin-vuran-42-yasli-qadin-agir-xesaret-aldi
Oxunma sayı: 1850

Lənkəranda minik avtomobili piyadanı vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Şəhidlər xiyabanı küçəsində qeydə alınıb. 

Belə ki, Lənkəran şəhər sakini 1982-ci il təvəllüdlü Yaqut Orucəli qızı Nəsirova yolu qarşı tərəfə keçmək istəyərkən minik avtomobili onu vurub.

Y.Nəsirova ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib. 

Surxay Şahbazov