Matçın oyunçusuna kartof hədiyyə verdilər - Foto

matcin-oyuncusuna-kartof-hediyye-verdiler
Oxunma sayı: 1621

Danimarka Superliqasında baş tutan “Sönneryuysk” – “Norşelland” matçında ev sahibi komandanın futbolçusu Maksim Sulyaya matçın oyunçusu seçildiyi üçün kartof hədiyyə ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun sosial şəbəkəsində paylaşımda bildirilib.

Danimarka çempionatının 3-cü turunda keçirilən bu görüşdə “Sönneryuysk” “Norşelland” üzərində 3:2 hesablı qələbəyə sevinib. İlk qolu vuran mərkəz müdafiəçisi azarkeşlər tərəfindən matçın oyunçusu seçilib və mükafat olaraq ona oyunun sponsorundan 55 kq kartof hədiyyə edilib.

Nihat Əsədov