Mbappe ilə bağlı razılığa gəlindi

mbappe-ile-bagli-raziliga-gelindi
Oxunma sayı: 6986

Kilian Mbappe tezliklə “Real Madrid”ə keçəcək.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, “Real Madrid” və PSJ Mbappe ilə bağlı razılığa gəlib.

Bildirilib ki, transferin ümumi məbləği 250 milyon avro olacaq. İlkin mərhələdə 200 milyon, sonra isə 50 milyon avro ödəniləcək. 

Qeyd edək ki, Kilian ötən mövsüm 34 oyuna çıxaraq 29 qol vurub.