“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinə qeydiyyat davam edir - Video

mekteblilerarasi-milli-hakaton-2025-musabiqesine-qeydiyyat-davam-edir
Oxunma sayı: 2383

Elm və Təhsil Nazirliyinin dəstəyi və “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı ilə “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, proqramlaşdırma üzrə keçirilən müsabiqənin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sahəsində onların biliklərini artırmaq, İT üzrə istedadlı məktəbliləri müəyyən edərək onlar üçün gələcək inkişaf imkanları yaratmaqdır.

Hakatonda iştirak üçün qeydiyyat codehour.edu.az saytı üzərindən aparılır. Qeydiyyat martın 19-dək davam edəcək. 

Dörd mərhələ və finaldan ibarət olan hakaton müddətində iştirakçılar test tapşırıqları, komanda işi və layihə hazırlığı kimi yaradıcı və innovativ fəaliyyətlərdə iştirak edəcəklər.

III və IV mərhələlər müsabiqədə fəal iştirak edən şagirdlər üçün 5 müxtəlif regionda təşkil ediləcək. Bu mərhələlərdə iştirakçılar üçün maarifləndirici sessiya və seminarlar təşkil ediləcək ki, bu da onların bilik və bacarıqlarının inkişafına töhfə olacaq.