Xalq artisti Mələkxanım Əyyubovanın gəlininin səhhətində problem yaranıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçinin böyük oğlu Cəfər Nəcəfov sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
Belə ki, o, instaqram hesabının hekayə bölməsində “Yoldaşımda böyrək çatışmazlığı yaranıb. Həyati təhlükəsi var. Heç bir təcili yardım qəbul etmir”, - sözlərini yazıb.
C. Nəcəfov daha sonra yeni bir paylaşım edərək xəstəxana tapdıqlarını bildirib: “Mərkəzi Gömrük Hospitalı qəbul etdi. 2+ qan lazımdır”.
Qeyd edək ki, cütlüyün iki övladı var.






Son xəbərlər
Son Xəbərlər