Məşhur serialın aktyoru da terror zamanı bulvardaymış...

meshur-serialin-aktyoru-da-terror-zamani-bulvardaymis
Oxunma sayı: 5796

“Kiralık aşk” serialı ilə məşhurlaşan aktyor Onur Büyüktopçu da terror əsnasında Nitsada olub.

Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünəndən bu yana aktyordan bir xəbər ala bilməyən sevənləri narahat olub. Bu səbəbdən aktyor bu gün sosial şəbəkədə yazaraq yaxşı olduğunu bildirib:

“Dostlar, narahat olmayın. Mən çox yaxşıyam. Hadisənin baş verdiyi yerin düz arxasında idim. Bu gecə İstanbula qayıdıram. Mesajlarınıza tək-tək cavab verə bilmirəm. Sevgilər”.

Qeyd edək ki, ötən gecə Fransanın Nitsa şəhərində dəhşətli terror baş verib. Bulvarda baş verən hadisədə 80-dən çox ölən var.

Günel Hacı