Məşhur “Sherlock’s” restoranı söküldü - Qanunsuz tikilibmiş...

meshur-sherlocks-restorani-sokuldu
Oxunma sayı: 12703

Xəzər dənizi sahilində illər əvvəl qanunsuz olaraq tikilən hasarların və iaşə obyektlərinin söküntü işləri aparılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Baku TV” məlumat yayıb.

Bildirilir ki, bu gün Xəzər rayonu Buzovna çimərliyi ətrafında sahil boyu vətəndaşların sərbəst şəkildə çimərliyə daxil olub istirahət etmələrinə maneə törədən, qanunsuz olaraq inşa edilən obyektlər də sökülür. Belə ki, illərdir fəaliyyət göstərən çimərlikdən bir neçə metr məsafədə yerləşən məşhur “Sherlock’s” restoranı artıq sökülüb.

Qeyd edək ki, restoran 10 ildən çox idi ki, fəaliyyət göstərirdi.