Millimizin üzvü Türkiyə klubundan ayrıldı

millimizin-uzvu-turkiye-klubundan-ayrildi
Oxunma sayı: 1341

Azərbaycan milli komandasının forvardı Renat Dadaşov Türkiyənin “Ankaragücü” klubundan ayrılıb. 

“Qafqazinfo” xəbər verir ki, hər iki tərəf müqaviləyə xitam verilməsinə razılaşıb.

26 yaşlı forvard 2024-cü ilin avqustdan paytaxt klubunda oynayırdı.

O, bu mövsüm komandada 17 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.