“Qafqazinfo”ya Həsən Babayev adlı müştəridən daxil olan daha bir şikayət məktubunda “İrşad Telekom”un keçirdiyi “Möhtəşəm Yeni il kampaniyası!”ndan narazılıq əks olunub: “Həftə içi işlədiyimdən və mobil telefon almaq istəyim istirahət gününə təsadüf etdi. “İrşad “ telekomun vədedici reklamlarına aldanaraq mağazaya baş çəkməyi istirahət gününə saldım. Şirkətin 28 may metrosunun yaxınlığında yerləşən Azadlıq prospekti 24 ünvanındakı mağazasına yaxınlaşaraq içəri daxil oldum və hər kəs kimi mən də kredit mütəxxəssislərinə yaxınlaşma fürsəti əldə etmək üçün sıra nömrəmi götürüb öz növbəmi gözlədim. Uzun növbədən sonra mütəxxəssislərə yaxınlaşıb istəyimi bildirdim. Kredit mütəxxəssisləri kreditə verəcəkləri 300 AZN-lik mobil telefonun müqabilində nəslimin və nəcabətimin həyatda qalıb-qalmaması, olan qalan mülkiyyəti, ulu babamdan tutmuş qaynatama qədər qohumlarımın mülkiyyətinin kimin adına olması, qaz, su, işıq sayğaclarının necə işlədiyi haqqında suallara dəqiq cavab tapmaq həvəsində idilər. Onları qane edəcək cavabı verə bilməyəcəyimi düşünsəydim, nəinki kredit mütəxxəssislərinin qarşısında Sovet KGB-sinin əlinə düşmüş “vətən xaini” kimi davranılacağıma dözər, heç o mağazanın ətrafından keçməyi belə düşüncəmə yaxın buraxmazdım. Təəssüf ki, yalan vədlərə, reklamlara inanıb bu gün bu yalnışı etdim. Bu mağazada nə az nə çox, 4 saat vaxt itirərək iş yerimin ünvanını, telefonunu bildirdikdən, qohum-əqrabamın siyahısını yazdıqdan və axşam saat 18-19:00 radələrində qohumlarımım xəbərdarlıqsız narahat edilməsindən sonra əliboş evə qayıdası oldum. Amma bir məqamı anlamış oldum ki, mağazanın işçiləri, bəlkə də rəhbərliyin göstərişlərindən irəli gələn davranışları müştərilərə sərgiləməli idilər. İşçilər bu gün xüsusi olaraq müştərinin səbrini daşırtmaqdan ötrü bir-birilə rəqabətə girmişdilər...”.
Qeyd edək ki, bir müddət öncə Mill.az saytında da “İrşad Telecom”un müştərilərini aldatdığını iddia edən yazı dərc olunmuşdu. Yazıda şirkətin satış mərkəzlərində işlənmiş və köhnə noutbukların müştərilərə yeni adı ilə satılmasından bəhs olunurdu.
Onu da bildirək ki, “İrşad Telekom”un Facebook səhifəsində də kampaniya barədə mütəmadi olaraq məlumatlar verilir. Mobil telefon və noutbukların kampaniya zamanı satış qiymətlərinə nəzər saldıqda, digər günlərə və digər magazalara nisbətən qiymətlərdə bahalaşma olduğu açıq-aşkar məlum olur.
Son xəbərlər
Son Xəbərlər