“Bura gəlməzdən öncə Kevin və mən Azadlıq Radiosunun Azərbaycandakı uğurlu fəaliyyətini, habelə Azadlıq Radiosunun və azərbaycan dilində fəaliyyət göstərən digər KİV-lərin işinə təsir edən son hadisəni müzakirə etmişik. Belə ki, KİV-lər peyk proqramlarının bəzilərinin Azərbaycan yayımında çətinliklərə üzləşiblər.
Əvvəl də qeyd etdiyim kimi, Azadlıq Radiosu Azərbaycanın media mühitinə önəmli töhfələr verir. Onun xəbərləri Azərbaycanda obyektiv və müstəqil jurnalizm nümunəsi göstərir ki, bu çox önəmlidir.
ABŞ hökuməti son məsələdən çox rahatsızdır və məsələni müzakirə etmək üçün Azadlıq Radiosu ilə əlaqə saxlayıb. AR mənə verdiyi məlumata əsasən bu ilin aprel ayından etibarən radionun Türksat peyki ilə proqram yayımı siqnal müdaxilələrinə məruz qalıb. Mən bu məsələni Azərbaycan hökuməti ilə müzakirə etmişəm və onun həll edilməsində hökumətin kömək göstərməsini istəmişəm. Bu seçki ilində Azərbaycan hökumətinin məlumatın vətəndaşlara sərbəst çatdırılmasının təmin olunmasına kömək etməsi xüsusilə vacibdir.
Amerika Birləşmiş Ştatları Azərbaycanda media və ifadə azadlığını güclü şəkildə dəstəkləyir və biz burada sözügedən azadlıqların təmin olunmasından əmin olmaq üçün azərbaycanlı tərəfdaşlarımızla birgə işləmək istəyirik”.