Motosiklet yük maşını ilə toqquşdu, sürücü öldü - Yenilənib

motosiklet-yuk-masini-ile-toqqusdu-surucu-oldu
Oxunma sayı: 5684

Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin giriş hissəsində baş verib.

Qəza zamanı yük maşını ilə motosiklet toqquşub. İlkin məlumata görə, motosiklet yolun əks istiqamətinə keçərək qəza şəraiti yaradıb. Hadisə zamanı ağır xəsarət alan motosiklet sürücüsü Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Fakla bağlı araşdırma aparılır.

***

Bu gün Yevlax şəhərində - Bərdəyə gedən yolda baş vermiş ağır qəzada ölən şəxsin kimliyi müəyyənləşib.

İlkin araşdırmalardan sonra yük maşınına çırpılan motosikletin sürücüsünün Yevlax sakini Tural Qasımov olması müəyyən edilib. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.