Motosikleti olanların nəzərinə! - Sabahdan aksiz vergisi tətbiq olunacaq

motosikleti-olanlarin-nezerine
Oxunma sayı: 2709

Xəbər verdiyimiz kimi, dövlət qeydiyyatına alınmalı olan motosikletlər aksizli mallar sırasına daxil edilib. Sabahdan isə verginin tətbiqininə başlanılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu, Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Belə ki, yanvarın 1-dən aksiz dərəcəsi Azərbaycana idxal olunan motosikletlər üçün mühərrikin həcmi 125 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə 0,20 manat, mühərrikin həcmi 500 kubsantimetrədək olduqda 25 manat+mühərrikin həcminin 126-500 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,40 manat, mühərrikin həcmi 500 kubsantimetrdən çox olduqda 175 manat+mühərrikin həcminin 500 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 0,50 manat olacaq.

Eyni zamanda sosial aspektlər nəzərə alınmaqla mühərrikinin iş həcmi 125 kubsantimetrdən çox olmayan motosikletlərinin idxalı 2024-cüil yanvarın 1-dən 3 il müddətinə aksizdən azad olunub.

Azərbaycanda istehsal olunan motosikletlər üçün aksiz dərəcəsi isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdiriləcək. Ölkə daxilində istehsalın 0 dərəcə ilə aksizə cəlb ediləcək.