Müğənninin obyekti bağlandı

mugenninin-obyekti-baglandi
Oxunma sayı: 9702

Müğənni Zamiq Hüseynovun geyim mağazası bağlanıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakının Nizami küçəsində sənətçinin adının və soyadının baş hərflərini daşıyan “ZH” mağazası bir neçə gündür fəaliyyətini dayandırıb.

Zamiq Hüseynov isə sözügedən məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib.

Qeyd edək ki, müğənniyə məxsus kişi geyim mağazası 2010-cu ildə açılmışdı. Mağazanın iradəçiliyini Zamiqin qardaşı həyata keçirirdi.